2025-ci ilin yanvar-oktyabr aylarında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 22 milyard 566,8 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,5 milyard manat, yaxud 12,7 faiz çoxdur.
Bu barədə Teleqraf-a Dövlət Vergi Xidmətindən məlumat verilib.
İndiyədək ölkə ərazisində 109.164 ədəd NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.