EN

Sağa dönən sürücü qəfil zolaq dəyişərək motosikletçini az qala vuracaqdı VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Paytaxtın Rəşid Behbudov küçəsində qayda pozan sürücü görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Kadrdan göründüyü kimi, 77-UX-046 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, yolayrıcına daxil olan sürücü sağa dönərkən hərəkətdə olduğu zolaqdan qəfil sağ zolağa manevr edib və bu zaman həmin zolaqda hərəkət edən motosikletçiyə qəza şəraiti yaradıb. Təhlükə ilə üzləşən moto sürücü daha sonra avtomobilə yaxınlaşaraq iradını bildirib. Lakin “BMW” sürücüsü buna məhəl qoymadan yoluna davam edib.

Qeyd edək ki, belə hallarda sürücü dönmə niyyətini əvvəlcədən siqnal vasitəsilə bildirməli, zolaq dəyişməzdən öncə arxa görünüş güzgüsündən və yan güzgülərdən vəziyyəti yoxlamalıdır. Əks halda bu cür qəfil manevrlər ciddi qəzalara səbəb ola bilər.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
64
avtosfer.az

1Sources