EN

“Aslı Partners” şirkətinin rəhbəri: “Baku Archifest 2025” festivalını genişləndirməyi planlaşdırırıq

Bakı, 5 noyabr, AZƏRTAC

“Baku Archifest 2025” memarlıq və şəhərsalma festivalının ikinci ilini qeyd edirik. Çox həyəcanlıyıq, geniş komanda ilə ciddi hazırlıq gördük.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində “Aslı Partners” şirkətinin baş icraçı direktoru Aslı Karaarslan Özcan deyib. O bildirib ki, “Baku Archifest 2025” mədəni müxtəlifliyi təmsil edir:

“Bu il tədbirdə İtaliya, Böyük Britaniya, İran və Türkiyə kimi ölkələrdən müxtəlif iştirakçılar var. Biz festivalın əhatə dairəsini daha da genişləndirib diqqət mərkəzində saxlamağı planlaşdırırıq. Gələn il Avropa və Amerikanın memarlıq ofislərindən, həmçinin Özbəkistan və Qazaxıstandan iştirakçılarımız olacaq. Bakı bu festival üçün ideal şəhərdir. Buradakı memarlıq dəyərlərinə sahib çıxmaq üçün bu cür tədbirlərin keçirilməsi vacibdir”.

 

Chosen
29
azertag.az

1Sources