EN

Yanvar-sentyabr ayları ərzində TƏBİB tərəfindən 59,1 milyon manatlıq tibbi icra edilib

Bakı. Trend:

“Yanvar–sentyabr ayları ərzində əldə edilmiş nəticələrə əsasən,9 ayda icra edilən tibbi xidmətlərin miqdarı 59,1 milyon, reyestrməbləği isə 697,5 milyon manat təşkil edib.

Trend xəbərverir ki, TƏBİB-in Tibbi sığorta departamentinin rəhbəri SəbinəQuliyeva bu barədə İcraçı direktor Vüqar Qurbanovun sədrliyi ilətabeli tibb müəssisələrinin fəaliyyətinə dair keçirilən müşavirədəməlumat verib.

O qeyd edib ki, bu, cari ilin 9 ay üzrə proqnozlaşdırılan tibbixidmət miqdarının və reyestr məbləğinin 90 faizinə bərabərdir.

"TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin maliyyədayanıqlığını təmin etmək məqsədilə, hər bir tibb müəssisəsi üçünXidmətlər Zərfi üzrə icra ediləcək tibbi xidmətlərin reyestr miqdarvə məbləğlərinə dair minimum və maksimum həddlər müəyyən edilərək“İcra edilən tibbi xidmətlərin İllik Proqnoz Hesabatı” hazırlanır”– deyə Səbinə Quliyeva bildirib.

Chosen
20
az.trend.az

1Sources