EN

Sumqayıtda dəhşətli hadisə – azyaşlı qız ölü tapıldı

Sumqayıt şəhərində azyaşlı qızın meyitinin tapılması ilə bağlı fakt qeydə alınıb.

NOCOMMENT.az-ın Sumqayıt bürosunun məlumatına görə, hadisə şəhərin 3-cü mikrorayonunda baş verib.

2013-cü il təvəllüdlü Məmmədova Əsma Qabil qızı ailəsinə məxsus mənzildə ölü halda aşkar edilib.

Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib və əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub. Meyit ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır, ölümün səbəbi hələlik məlum deyil.

Chosen
62
50
nocomment.az

10Sources