İngiltərənin “Arsenal” klubu ardıcıl 8-ci quru qələbəsini qazanaraq ölkə futbolunda tarixi göstəricini təkrarlayıb.
90deqiqe.Az-ın məlumatına görə,bu barədə "Opta" statistika xidməti məlumat yayıb.
Mikel Artetanın komandası Çempionlar Liqasının qrup mərhələsində səfərdə “Slaviya”nı 3:0 hesabı ilə məğlub edib.Qollara Mikel Merino (2) və Bukayo Saka imza atıblar.
Bundan əvvəl oxşar nəticəyə yalnız “Preston” (1889) və “Liverpul” (1920) nail olmuşdu.
“Arsenal” növbəti matçını noyabrın 8-də səfərdə “Sanderlend”ə qarşı keçirəcək.London təmsilçisi hazırda Premyer Liqa cədvəlində 25 xalla lider mövqedə qərarlaşıb.