EN

Göygöldə piyadanı maşın VURDU

Göygöldə maşın 24 yaşlı gənci xəstəxanalıq edib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Topalhəsənli kəndi ərazisində baş verib. 
 

Hərəkətdə olan avtomobil kənd sakini, 2001-ci il təvəllüdlü Tural Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Chosen
61
bizim.media

1Sources