EN

Azərbaycanın Qarabağ zəfərini ölkəmiz də qürurla qeyd edir Türkiyənin milli müdafiə naziri

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qəhrəman Azərbaycan Ordusunun 5 il öncə qazandığı şanlı Qarabağ zəfərini Türkiyə də qürurla qeyd edir.

Bunu həmin ölkənin milli müdafiə naziri Yaşar Gülər deyib.

"Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür. İki ölkə arasındakı qardaşlıq köklü keçmişin mirası ilə bu günümüzü anlamlı tutmaqda, eyni zamanda gələcəyimizə dair birliyimizi təsdiqləməkdədir", - deyə o, bildirib.

Nazir qeyd edib ki, Azərbaycan və Ermənistan arasında daimi sülhün yaranması üçün atılan addımlar Qafqazda təhlükəsizlik və sabitliyin inkişafı üçün mühüm fürsətdir: "Azərbaycan və Ermənistan arasında daimi sülhün yaranması istiqamətində son vaxtlar atılan addımları məmnuniyyətlə qarşılayırıq. Bu addımlar Qafqaz regionunda təhlükəsizlik və sabitlik, inkişaf üçün mühüm fürsətdir. Türkiyə olaraq hər şərtlərdə Azərbaycanla həmrəylikdə olmağa davam edirik. Bölgəmizdə sülhün və sabitliyin davamlılığı istiqamətində fəaliyyətimiz hər zaman birlikdə davam edəcək".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
3
azpolitika.info

4Sources