EN

Çelsi nin baş məşqçisi: Bizim üçün ağır gecə idi

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Çelsi" üçün "Qarabağ"la oyun çətin keçib."Report"un məlumatına görə, bunu İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Entso Mareska mətbuat konfransında deyib.Mütəxəssis "Qarabağ"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunundan sonra fikirlərini bölüşüb:"Heyətimizdə zədəli oyunçular var idi. Meydandakı düzülüşü düzgün etməyə çalışdıq. Qarşılaşmaya yaxşı başladıq, hətta qol da vurduq. Təəssüf ki, daha sonra qapımızda iki qol gördük. İkinci hissədə müəyyən dəyişikliklər etdik. Komandamız 3 gündən bir oyun keçirir. Bizim üçün ağır gecə idi. Doğrusunu söyləmək lazımdırsa, pis qollar buraxdıq".O, Ağdam təmsilçisinin meydanda özünü yaxşı tərəfdən göstərdiyini vurğulayıb:"Qarabağ"ın yaxşı komanda olduğunu daha əvvəldən demişdim. Onlara qarşı çıxış etmək bizim üçün çətin idi".Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
79
12
demokrat.az

10Sources