EN

“Qarabağ”ın stadionuna Qurban Qurbanovun adı verilə bilər?

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

Qurban Qurbanov tarixi şəxsiyyətdir.

Axar.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” – “Çelsi” matçından sonra Ağdam klubunun prezidenti Tahir Gözəl deyib.

Klub rəhbəri “Azərsun Arena”ya Qurban Qurbanovun adı verilə bilərmi” sualına da cavab verib.

O, belə bir fikir olarsa, bunu dəstəkləyəcəyini qeyd edib.

“Çelsi” kimi dünya nəhəngindən xal almağı bacardıq. “Qarabağ” rəqibindən çəkinmirdi. Dünyaya bizim hekayəmizi göstərən bu cəsarətdir. “Qarabağ” Azərbaycan xalqının gücünü dünyaya göstərdi. Bildiyiniz kimi, qarşıdan Zəfər günü gəlir. Bu nəticəni şəhidlərimizə həsr edirəm”, - T.Gözəl söyləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
61
12
axar.az

10Sources