EN

Orduda daş karxanasında faciə – Ölən var

Türkiyənin Ordu vilayətinin Fatsa rayonunda daş karxanasında torpaq sürüşməsi baş verib.

Musavat.com xəbər verir ki, hadisə Ordu–Çatalpınar yolu üzərində yerləşən karxanada qeydə alınıb. Yamacdan qopan torpaq və qaya parçaları iş makinası ilə kamyonun üzərinə düşüb.

İlkin məlumata görə, iki işçi torpaq altında qalıb. Əraziyə AFAD, yanğınsöndürmə, jandarma və təcili yardım qrupları cəlb olunub.

Xilasetmə zamanı 24 yaşlı iş makinası operatoru Burak Kilcinin cansız bədəni tapılıb. 75 yaşlı kamyon sürücüsü Ahmet Şahinin axtarışı isə davam edir.

Ordu valisi Muammer Erol hadisə yerinə gələrək açıqlama verib. Onun sözlərinə görə, ərazidə yeni torpaq sürüşməsi riski var, bu səbəbdən işlər çox ehtiyatla aparılır.

Gecə saatlarında təhlükə səbəbindən axtarışlar dayandırılıb. Valinin göstərişinə əsasən, əməliyyat səhər tezdən yenidən başlayacaq.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş da hadisə ilə bağlı başsağlığı verib və ümid etdiyini bildirib ki, itkin düşən işçi sağ-salamat tapılacaq.

Hadisə ilə bağlı istintaq aparılır.

Chosen
60
musavat.com

1Sources