EN

"Ağlasığmaz uğurdur, sübut etdik ki..."- "Qarabağ"ın sabiq forvardı

Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda Bakıda "Çelsi" ilə 2:2 hesablı heç-heçə edərək xallarının sayını 7-yə çatdırdı. Ağdam təmsilçisinin sabiq hücumçusu Vüqar Nadirovla əlaqə saxlayıb oyun barədə fokirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Nə deyim, fantastik nəticədir. Ən xoş sözlər... 4 oyuna 7 xal ağlasığmaz uğurdur. Oyundan əvvəl də demişdim ki, ən azı heç-heçə gözləyirəm. Həyəcandan dil-dodağımız əsə-əsə izlədik. Uda da bilərdik. Qurban Qurbanov inanılmaz işlər görür, biz də qürurlanırıq. Bu klub örnəkdir. Azərbaycan futbolunu azərbaycanlı məşqçinin və futbolfularının bu səviyyədə təmsil etməsi, "Qarabağ" adını dünyaya tanıtması gözümüzün önündə yazılan tarixdir. Sübut etdik ki, planetin ən güclüsünü də ağlada bilirik. Qələbəyə bərabər heç-heçədir".

Nihat

Chosen
23
fanat.az

1Sources