EN

Dünya şöhrətli aktrisa Ukrayna sərhədini piyada keçdi...-İnsident yaşandı...-"POLİTİCO" - FOTOLAR

Dünya şöhrətli aktrisa və ictimai xadim Angelina Jolie tammiqyaslı işğalın başlanğıcından bəri Ukraynaya ikinci səfərini edib. Ulduz UNICEF səfiri kimi cəbhə xətti olan Xerson şəhərinə gəlib. Lakin onun gözlənilməz səfəri Ukrayna hakimiyyəti üçün sürpriz olub və ərazi səfərbərlik və sosial dəstək mərkəzinin(ƏSSD) əməkdaşları ilə bağlı baş verən hadisə ilə nəticələnib ki, təfərrüatları hələ rəsmi olaraq təsdiqlənməyib.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə "Politico" Ukrayna rəsmisinə istinadla məlumat yayıb.
 
Bu, Hollivud ulduzunun 2022-ci ilin fevral ayından bəri Ukraynaya ikinci səfəri idi. Daha əvvəl aktrisa Lvovda olub. Nəşrin məlumatına görə, Coli 4 noyabr çərşənbə axşamı günü Xersona gəlib və Ukraynanın Rusiya təcavüzünə qarşı müdafiə xəttini birbaşa görüb.
 
Lakin Ukrayna rəsmisi Colinin səfər etmək niyyəti barədə hökumətə məlumat vermədiyini bildirib. Üstəlik, aktrisa  diqqəti cəlb etmədən Ukrayna sərhədini piyada keçib.
 
Nəşrin məlumatına görə, Colinin müşayiət qrupuna diqqət nəzarət məntəqəsində baş verən hadisədən sonra yaranıb. Bir mənbə UNICEF səfirinin komandasının üzvlərindən birinin "yerli hərbi səfərbərlik əməkdaşlarıyla hadisə" yaşadığını və hakimiyyət orqanlarının baş verənləri dəqiq araşdırdığını bildirib.
 
Ayrıca olaraq, Ukrayna Quru Qoşunları ulduzun sürücüsünün səfərbər olunduğunu iddia edən bir açıqlama yayımlayıb və sonra silib. Hərbçilər daha sonra jurnalistlərə hadisənin təfərrüatlarını nə təsdiqləyə, nə də təkzib edə biləcəklərini bildiriblər.
 
"Mediada yayılan məlumatlar təhrif olunub. Hazırda araşdırma aparılır və bütün hallar aydınlaşdırılır", - Ukrayna Quru Qoşunları bildirib.
 
Nikolayev ƏSSD "Politico"-ya hadisəni təsdiqləyib və əlavə edib ki, Ancelina Colinin sürücüsü ehtiyatda olan hərbi qulluqçudur və ona hərbi təlim keçmək üçün gəlmək əmri verilib.
 
Sürücünün dərhal təlim keçmək üçün göndərilib-göndərilmədiyi və ya daha sonra gəlməli olub-olmayacağı məlum deyil. Ancelina Colinin nümayəndəsi şərh verməkdən imtina edib.
 
Xatırladılır ki, "TSN"-nin Müdafiə Qüvvələrindəki mənbələri Colinin müşayiət qrupunun üzvünün səfərbər olunduğunu təsdiqləməyib, lakin onlar da bunu təkzib etməyiblər.
Chosen
79
moderator.az

1Sources