EN

Paytaxtda sıxlıq müşahidə olunan küçə və prospektlər

Paytaxtda
Paytaxtda sıxlıq müşahidə olunan küçə və prospektlər açıqlanıb. 1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. "20 Yanvar" dairəsində; 4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 7. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 8. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində; 9. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 10. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 11. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 12. Babək prospekti, mərkəz istiqamətində; 13. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 14. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

15. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində sıxlıq müşahidə olunur.

Chosen
20
49
1news.az

10Sources