EN

"Kalmaeqi" tayfunu Vyetnamda 50-dən çox aviareysin ləğvinə səbəb oldu

BAKI, 6 noyabr. TELEQRAF

Mərkəzi Vyetnama yaxınlaşan "Kalmaeqi" tayfunu hava nəqliyyatında ciddi pozuntulara səbəb olub.

Teleqraf xəbər verir ki, ölkənin milli aviaşirkəti "Vietnam Airlines" hava şəraitinin kəskin pisləşməsi fonunda bir sıra uçuş cədvəllərinə düzəliş etdiyini açıqlayıb.

Məlumata görə, 50-dən çox aviareys ləğv edilib və ya təxirə salınıb.

6-7 noyabr tarixlərində Hoşimin şəhəri ilə ölkənin mərkəzi bölgələrindəki hava limanları arasında reyslər dayandırılıb.

Chosen
42
teleqraf.com

1Sources