EN

AMEA nın 80 illiyi: elmimizin qızıl dövrünə strateji baxış

ain.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci il tarixi Azərbaycan elmi üçün xüsusi bir əhəmiyyət daşıyır. Bu il Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının 80 illiyi ölkənin elmi və intellektual tarixində mühüm mərhələ kimi qeyd olunur. 1945-ci il tarixində əsası qoyulan AMEA bu illər ərzində ölkənin elmi potensialının mərkəzinə çevrilmiş, yüzlərlə görkəmli alim yetişdirmiş və Azərbaycan elmini dünya elmi məkanına çıxarmaqda böyük rol oynamışdır. 03 noyabr 2025-ci il tarixində keçirilən AMEA-nın 80 illik yubiley mərasimi isə təkcə tarixi hadisə deyil, həm də dövlətin elmə, təhsilə və intellektual inkişaf strategiyasına verdiyi yüksək dəyərin göstəricisi oldu. Prezident İlham Əliyevin bu tədbirdəki çıxışı Azərbaycan elminin yeni inkişaf mərhələsini müəyyən edən konseptual proqram xarakteri daşıyır.

Cənab Prezident İlham Əliyev çıxışında səsləndirdiyi fikirlər, ölkəmizdə elmin inkişafı, intellektual sərmayənin qorunması və gələcəyə yönəlmiş dövlət siyasətinin dərin strateji istiqamətlərini bir daha nümayiş etdirdi. Bu çıxış, həm elmi ictimaiyyət, həm də cəmiyyət üçün çağırış xarakteri daşıyırdı. XXI əsrdə Azərbaycanın elmi potensialının milli güc faktoruna çevrilməsinin əyani təsdiqidir.

Azərbaycan elminin bugünkü uğurlarının təməlində, şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin elmə və alimlərə verdiyi yüksək qiymət dayanır. 1970-1980-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə respublikada elmi-tədqiqat institutlarının genişləndirilməsi, kadr hazırlığının gücləndirilməsi və elmi nailiyyətlərin istehsalata tətbiqi istiqamətində atılan addımlar müasir mərhələnin bünövrəsini formalaşdırmışdır. Bu gün ölkə başçısı cənab İlham Əliyev həmin strateji xətti yeni texnoloji və intellektual kontekstdə davam etdirir. Son on il ərzində elmə ayrılan vəsaitin iki dəfədən çox artırılması, AMEA-nın institusional modernləşməsi və elmi nəticələrin rəqəmsal platformalara inteqrasiyası bu siyasətin ardıcıllığını göstərir.

AMEA-nın yubiley tədbirində cənab Prezidentin səsləndirdiyi “Tükənməz sərvət intellektual potensialdır, amma o halda ki, buna sərmayə qoyulsun” fikri, dövlətin elmə yanaşmasının mahiyyətini ifadə edir. Azərbaycanın təbii resurslarından gələn gəlirin bir hissəsinin elm, təhsil və innovasiyalara yönəldilməsi uzunmüddətli strateji baxışın göstəricisidir. Müasir dünyada güc yalnız hərbi və iqtisadi imkanlarla deyil, elmi-texnoloji potensialla ölçülür. Azərbaycan bu reallığı vaxtında dərk edərək, süni intellekt, biotexnologiya, alternativ enerji və kosmik tədqiqatlar kimi sahələrə sistemli şəkildə investisiya qoyur.

Azərbaycanın əsas prioritet məsələlərindən biri texnoloji inkişafdır. Elm və texnologiyanın sintezi, milli innovasiya ekosisteminin yaradılması, universitetlər və elmi institutlar arasında inteqrasiya ölkəmizi regionun elmi mərkəzinə çevirir.

AMEA-da aparılan struktur islahatları, gənc tədqiqatçılara verilən qrant dəstəyi, beynəlxalq elmi əməkdaşlıq proqramlarının genişlənməsi bu istiqamətdə mühüm addımlardır. Azərbaycan artıq regional elmi-texnoloji mərkəz kimi tanınır və beynəlxalq layihələrdə aktiv iştirak edir.

Ötən əsrin sonlarında elmin əsas məqsədi milli özünüdərki möhkəmləndirmək idisə, bu gün onun missiyası qlobal elm məkanında Azərbaycan markasını formalaşdırmaqdır. Bu baxımdan, elmi kadrların beynəlxalq səviyyədə tanınması, Azərbaycan alimlərinin dünya elminə inteqrasiyası və yeni tədqiqat mərkəzlərinin yaradılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Dövlət başçısı cənab İlham Əliyevin “Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər” fikri həm motivasiya, həm də məsuliyyət çağırışıdır.

Elm yalnız laboratoriyalarda deyil, dövlət idarəçiliyində, iqtisadi planlaşdırmada, sosial rifahda və informasiya təhlükəsizliyində də öz sözünü deməlidir. Bu baxımdan Azərbaycan alimlərinin qarşısında duran əsas vəzifə milli maraqlara xidmət edən elmi nəticələr əldə etmək və bu nəticələri qlobal miqyasda tanıtmaqdır.

Yeni tarixi mərhələni yaşayan Azərbaycan elmi həm milli zəfərin, həm də intellektual yüksəlişin dövrüdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə formalaşan “elmi inkişaf strategiyası” yalnız elm adamlarına deyil, bütün cəmiyyətə yönəlmiş çağırışdır: elm gələcəyə aparan ən güclü yoldur. Azərbaycanın “Qızıl Dövrü” artıq yalnız siyasi və iqtisadi deyil, həm də elmi-intellektual reallıq kimi yaşanır. Bu dövr, milli düşüncənin, dövlət siyasətinin və intellektual sərmayənin sintezindən doğan uğurun simvoludur.

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirində iştirak etmək mənim üçün təkcə bir elmi mərasimin şahidi olmaq deyil, həm də tarixi anı canlı yaşamaq idi. Prezident İlham Əliyevin çıxışını dinləyərkən bir gənc kimi qürur hissi keçirdim. Çünki bu nitqdə gələcəyin elmi, gəncliyin rolu və dövlətin bizə olan inamı aydın şəkildə hiss olunurdu. O an anladım ki, elmin inkişafı təkcə laboratoriyalarda yox, həm də inamda, məqsəddə və milli ruhda baş verir. AMEA-nın 80 illik yubileyində bu ruhu hər kəs hiss edirdi. Mən bir gənc kimi bu tədbirdən həm motivasiya, həm də məsuliyyət götürdüm. Azərbaycan elminin qızıl dövrü artıq başlayıb. Onu davam etdirmək biz gənc alimlərin vəzifəsidir. Elmin gələcəyi bizim əlimizdədir. Bu, sadəcə dövlət proqramı deyil, elmə və gəncliyə etimadın siyasi ifadəsidir.

Nigar Abdullayeva

YAP Yasamal rayonu AMEA Folklor İnstitutu

üzrə ərazi partiya təşkilatının sədr müavini

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
49
sesqazeti.az

1Sources