EN

Deputat Natalya Davidoviç: Moldovanın yeni hökumətinin Azərbaycan dövləti ilə əməkdaşlığından böyük gözləntiləri var

Kişineu, 6 noyabr, AZƏRTAC

Moldovanın yeni Parlamenti və hökuməti artıq bir müddət öncə formalaşıb. Moldova parlamentinin qarşısında böyük planları var. Öncə parlamentimiz Moldovanı Avropa İttifaqına qədər daşımalıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Moldova parlamentinin deputatı Natalya Davidoviç söyləyib.

Deputat bildirib ki, Moldovanın yeni parlamenti və hökuməti ölkənin iqtisadi inkişafı üçün işlər görməlidir. Ona görə də sözsüz ki, Moldovanın yeni hökumətinin Azərbaycan dövləti ilə əməkdaşlığından böyük gözləntiləri var.

“Hər iki ölkənin aktiv ticarət dövriyyəsi var. Bizim qarşılıqlı maraq doğuran ortaq sahələrimiz var. Sözsüz ki, Moldova hökuməti Azərbaycanla əməkdaşlığını möhkəmləndirmək istiqamətində işlərini davam etdirəcək”, - deyə Natalya Davidoviç əlavə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

 

Chosen
15
2
azertag.az

3Sources