EN

Ağdərədə yük maşını aşıb, sürücü ağır xəsarət alıb

Ağdərədə yük maşını aşıb sürücü ağır xəsarət alıb.

APA-nın yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə rayonun Canyataq kəndi ərazisində qeydə alınıb. Belə ki, "HOWO" markalı yük maşının aşması nəticəsində sürücü, 1976-cı il təvəllüdlü Tağıyev Elşən Zirəddin oğlu oğlu ağır xəsarət alıb.

Yaralı Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır

Chosen
26
8
apa.az

10Sources