AZ

Ağdərədə yük maşını aşdı - Sürücü ağır yaralandı

Ağdərədə yük maşını aşıb sürücü ağır xəsarət alıb.

7News.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Canyataq kəndi ərazisində qeydə alınıb. Belə ki, "HOWO" markalı yük maşının aşması nəticəsində sürücü, 1976-cı il təvəllüdlü Tağıyev Elşən Zirəddin oğlu oğlu ağır xəsarət alıb.

Yaralı Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
Seçilən
8
15
7news.az

10Mənbələr