EN

“Qarabağ” neçəncidir? – 4 turdan sonra ÇL-də vəziyyət

EFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turuna yekun vurulub.

Azərbaycan çempionu “Qarabağ” evdə “Çelsi” ilə qarşılaşıb. Ağdam təmsilçisi İngiltərə nəhəngi ilə 2:2 hesablı heç-heçə edib.

1-ci turda “Benfika”ya, 2-ci turda “Kopenhagen”ə qalib gələn, 3-cü turda isə “Atletik”ə uduzan Qurban Qurbanovun komandası hazırda sıralamada 7 xalla 15-cidir.

“Qarabağ” “Barselona”, “Çelsi”, “Sportinq”, “Borussiya Dortmund” və “Atalanta” kimi komandalarla eyni xal toplayıb. Liderlər isə 4 turdan sonra maksimum nəticəyə nail olan “Bayern”, “Arsenal” və “İnter”dir.

Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanacaqlar. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vuracaqlar//Publika

img

Chosen
17
16
millitv.net

10Sources