EN

Yer kürəsində maqnit qasırğası başlayıb



Noyabrın 6-da Yer kürəsində zəif kimi təsnif edilən G1 sinfinə aid maqnit qasırğası başlayıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Phobos hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus Telegram kanalında məlumat verib.

"Gecə yarısından sonra başlayan maqnit qasırğasının intensivliyi orta səviyyəyə, G2 sinfinə çatıb. Hazırda maqnit qasırğası bir qədər zəifləyib və zəif, G1 sinfi hesab olunur", - deyə Leus bildirib.

Onun sözlərinə görə, geomaqnit pozuntuları noyabrın 6-da davam edəcək, vaxtaşırı zəif və mülayim maqnit qasırğaları müşahidə olunacaq. Bundan əlavə, geomaqnit aktivliyin pik nöqtəsinə günəş alovu emissiyalarının Yerə yaxınlaşmasının cümə gününə təsadüf edəcəyi proqnozlaşdırılır. Həmin gün maqnit qasırğaları güclü G3 və hətta çox güclü G4 səviyyələrinə çatacaq.

Leusun proqnozlarına görə, noyabrın 8-nə keçən gecə geomaqnit sahəsinin pozulmasının azalması, noyabrın 9-da isə “yaşıl” zonaya qayıtması gözlənilir.

Mehman Mehdiyev
Chosen
66
50
newscenter.az

10Sources