EN

Qazaxıstan və ABŞ arasında saziş imzalandı

BAKI, 6 noyabr. TELEQRAF

Qazaxstan Milli Bankı və ABŞ-nin “Visa” transmilli şirkəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.

Memorandumu Qazaxıstan Milli Bankının sədr müavini Akıljan Baymaqambetov və “Visa” şirkətinin vitse-prezidenti Robert Tomson imzalayıblar.

Məlumata görə, “Visa” ilə müqavilə rəqəmsal maliyyə infrastrukturunun inkişafı və Qazaxıstan bazarında müasir rəqəmsal ödənişlərin istifadəsinin genişləndirilməsi məqsədi ilə imzalanıb.

Qeyd edək ki, sabah Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Mərkəzi Asiya ölkələrinin liderləri arasında sammit keçiriləcək.

Chosen
69
teleqraf.com

1Sources