EN

ABŞ-də müəllimə məktəbliləri əxlaqsızlığa təhrik etdiyinə görə 15 il həbs cəzası alıb

Missisipi ştatında təhqiqat zamanı müəllimənin azyaşlılara qarşı cinsi zorakılıq törətdiyi sübuta yetirilib...

Poliqon xəbər verir ki, ABŞ-ın Missisipi ştatında məhkəmə əvəzçi müəllimə kimi fəaliyyət göstərən Cakaline Mur adlı qadını məktəbliləri əxlaqsızlığa təhrik etdiyi üçün 15 il azadlıqdan məhrum edib. Bu barədə yerli WJTV telekanalı məlumat yayıb.

Məhkəmə sübut edib ki, qadın azyaşlılara qarşı cinsi zorakılıq törədib və uşaqların istismarında ittiham olunub. Zərərçəkənlərin yaşı və hadisənin detalları açıqlanmayıb. İstintaqa FBI əməkdaşları da cəlb olunub.

Məhkəmənin qərarına əsasən, Cakaline Mur həbs cəzasını çəkdikdən sonra dövlət nəzarətində olacaq. Bundan başqa, o, 2000 ABŞ dolları (təxminən 163 min rubl) məbləğində vəsaiti seksual istismardan zərər çəkmiş şəxslərə yardım fonduna ödəməlidir. Qadın həmçinin seksual cinayətkar kimi rəsmi qeydiyyata alınacaq.

Bundan öncə oxşar hadisə Yeni Zelandiyada baş vermişdi. Orada bir müəllimə öz şagirdini əxlaqsızlığa cəlb etmiş və ondan hamilə qalmışdı. Qadın azyaşlının qəyyumu olsa da, az sonra onunla yenidən münasibət qurmuş, nəticədə işdən uzaqlaşdırılaraq pedaqoji fəaliyyət hüququndan məhrum edilmişdi.

Poliqon.info

Chosen
35
poliqon.info

1Sources