EN

Həftənin ən yaxşısı kim olacaq?

UEFA-nın mətbuat xidməti Çempionlar Liqasının həftənin ən yaxşı futbolçusu mükafatına namizədləri açıqlayıb.

Publika.az xəbər verir ki, 4 futbolçu bu ada iddialıdır. Bunlar “Brügge”nin hücumçusu Karlos Forbs, “Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden, “Qalatasaray”ın forvardı Viktor Osimhen və “Arsenal”ın yarımmüdafiəçisi Mikel Merinodur.

Forbs “Barselona” ilə matçda (3:3) 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Foden Dortmund “Borussiya”sına (4:1) qarşı görüşdə dubl, Osimhen “Ayaks”ın qapısına (3:0) het-trik edib. Merino isə “Slaviya”ya 2 qol vurub.

Chosen
77
publika.az

1Sources