EN

Xankəndidə Zəfər yürüşü

Yazını böyüt
Yazını kiçilt

Noyabrın 6-da Xankəndi şəhərində Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi yürüş keçirilib.

Hafta.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir ki, şəhərin mərkəzi küçəsində hərbi orkestrlərin müşayiəti ilə təşkil olunan yürüş bayram ab-havası yaradıb. Azərbaycan Silahlı Qüvvələrinin hərbi orkestri tərəfindən yürüş boyu vətənpərvər musiqilər səsləndirilib.

Tədbirdə üçrəngli bayraqlarımız dalğalanıb, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirilib. Zəfər Günü münasibətilə keçirilən yürüş bir daha Azərbaycan xalqının birliyini, ordumuzun gücünü və torpaqlarımızın azadlığı uğrunda qazanılan tarixi qələbənin əzəmətini nümayiş etdirib.

Chosen
5
10
hafta.az

10Sources