EN

Sidneydə Azərbaycanın Zəfər Günü təntənə ilə qeyd olunub FOTOLAR

Sia Az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Avstraliyanın Sidney şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli bayram konserti və foto sərgi keçirilib. SİA xəbər verir ki, Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avstraliya Azərbaycan Assosiasiyaları Alyansının təşkilatçılığı ilə baş tutan tədbirdə diplomatik korpusun nümayəndələri, biznes və akademik dairələrin təmsilçiləri, media nümayəndələri, eləcə də Avstraliyada yaşayan Azərbaycan icmasının üzvləri və yerli milli icma rəhbərləri iştirak ediblər.

Azərbaycanın Avstraliyadakı səfirliyinin müvəqqəti işlər vəkili Vaqif Cəfərov qeyd edib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının şanlı tarixində xüsusi yer tutur: “Beş il əvvəl xalqımız tarixi Qələbə qazandı – bu Qələbə yalnız işğalın başa çatması deyil, milli ləyaqətimizin, qürurumuzun və ədalətin bərpası idi. Bu gün biz şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyir, onların canı bahasına qazanılmış azadlığımızı qürurla qeyd edirik”.

V.Cəfərov diqqətə çatdırıb ki, bu tarixi Zəfər Prezident İlham Əliyevin rəhbərliyi altında xalqın birliyi, hərbçilərimizin fədakarlığı və qəhrəmanlığı, dövlətin gücü sayəsində əldə olunub. O, Azərbaycanın ədalətli mübarizəsində daim yanında olan Türkiyə və Pakistan kimi qardaş ölkələrə, eləcə də ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşan Avstraliya hökumətinə, bütün dost dövlətlərə dərin minnətdarlığını ifadə edib.

Avstraliya Azərbaycan Assosiasiyaları Alyansının rəhbəri Fuad Aydınbəyzadə isə vurğulayıb ki, Avstraliyada yaşayan azərbaycanlılar ikinci vətən kimi qəbul etdikləri bu ölkənin ictimai-siyasi və mədəni həyatında daha fəal iştirak etməyə çalışırlar.

Sonra Əməkdar artist Sevinc Hüseynlinin rəhbərlik etdiyi yeni yaradılmış Azərbaycan Milli Rəqs Dərnəyi və “Odlar Yurdu” qrupu, həmçinin türk əsilli Avstraliyalı soprano Ayşe Göknur Şanal, ADENA Rəqs Ansamblı və Aytay instrumental qrupu Azərbaycan musiqi və rəqs nümunələri əsasında zəngin konsert proqramı təqdim ediblər.

Tədbir çərçivəsində Zəfərə həsr olunmuş sərgidə 44 günlük Vətən müharibəsi dövrünü, işğaldan azad edilmiş torpaqların yenidən qurulmasını və şəhidlərimizin qəhrəmanlığını əks etdirən nadir fotoşəkillər nümayiş olunub. İştirakçılar Azərbaycanın azadlıq mübarizəsinin simvoluna çevrilmiş anları böyük maraqla izləyiblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
1
sia.az

2Sources