EN

Bu Mərkəzin vəzifəli şəxslərinə cinayət işi açılıb

Kənd Təsərrüfatı Yanında Aqrar Xidmətlər Agentliyinin Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin vəzifəli şəxslərinə cinayət işi açılıb.

XəzərNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Mərkəzin rəhbər şəxsləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumatlar araşdırılıb.

Araşdırma nəticəsində vəzifəli şəxslərə Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə), 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə işin başlanmasına qərar verilib.

İstintaq tədbirləri davam etdirilir.

Xəbər 4 dəfə oxunub.
Chosen
23
21
xezernews.az

10Sources