EN

Agentlik: Qrant müsabiqələrində Qərbi Azərbaycana qayıdış prioritet istiqamət olacaq

QHT layihələrinin keyfiyyət və kəmiyyət göstəriciləri getdikcə yüksəlir.

Aznews.az xəbər verir ki, bu fikirləri bu gün QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda keçirilən ictimai müzakirədə Agentliyin icraçı direktoru Aygün Əliyeva deyib.

O bildirib ki, əgər 2022-ci ildə bu istiqamət üzrə Agentlik xətti ilə 24 layihə maliyyələşdirilmişdisə, 2025-ci ildə belə layihələrin sayı 51-ə çatıb: “Bu, rekord göstəricidir. 2023-2025-ci illərdə QHT-lər bu layihələr çərçivəsində 50-ə yaxın konfrans, təqdimat, görüş, sərgi və ictimai dinləmələr keçirib, 25 kitab çap edib, 11 sənədli film ərsəyə gətirib, 21 videoçarx hazırlanıb”.

Chosen
49
7
aznews.az

10Sources