EN

Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Zəfər Günümüz növbəti zəfərlərin başlanğıcı oldu - Vüqar Rəhimzadə

Bakı. Trend:

8 Noyabr xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılanqürur günüdür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevinrəhbərliyi ilə 44 gündə 30 illik işğala son qoyuldu, ərazibütövlüyümüz bərpa olundu. Azərbaycan qalib ölkəyə, Azərbaycanxalqı qalib xalqa çevrildi. Artıq beş ildir bayramlarımız sırasına8 Noyabr şanlı Zəfər Günü kimi daxil olub. Hər bir bayram daim onunmahiyyətinin təqdimatı üçün keçilən yolun təhlilini bir zərurətkimi qarşıya qoyur. Bu gün qürurla bəhs etdiyimiz tarixi Zəfərimiz1993-cü ildə - Azərbaycanın ən çətin günlərində xalqın təkidlitələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışındanbaşlanan yolun uğurlarının zirvəsində dayanır.

Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyevtərəfindən qoyuldu. Sonrakı dövrdə həyata keçirilən komplekstədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addımyaxınlaşdırdı. İşğal altında olan torpaqlarımızın düşməndən azadedilməsi və Azərbaycanın bütün sərhədləri boyunca Bayrağımızındalğalanması keçmiş işğal dövrü ərzində dövlət siyasətinin stratejihədəfi oldu. Azərbaycanın iqtisadi inkişafı müstəqilliimizin vəsuverenliyimizin qarantı olan ordumuzun daha da gücləndirilməsi,maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində davamlıaddımlar atılmasını şərtləndirdi. Azərbaycan Ordusu ən müasirsilah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüşqabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsiüçün bütün zəruri tədbirlər görüldü. Prezident İlham Əliyevinrəhbərliyi ilə güclü hərbi potensial yaradıldı. İldən-ilə artaniqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT TəhlükəsizlikŞurasının illərdir yerinə yetirilməyən 4 qətnaməsini Azərbaycan 44günlük İkinci Qarabağ müharibəsində özü icra etdi. Rəşadətliordumuz, xüsusən Silahlı Qüvvələrin son 20-30 ildə yetişən fədakar,vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın yerinə yetirilməsinəöz əvəzsiz töhfəsini verdi. Onların fədakarlığı, qəhrəmanlığı,torpaq, Vətən sevgisi bir dastana çevrildi. Xalqımızın öz Lideriətrafında yumruq kimi birləşməsi, görünməmiş milli həmrəyliknümayiş etdirməsi Qələbənin təmin edilməsində mühüm rol oynadı.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Vüqar Rəhimzadəaçıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, 44 günlük Vətənmüharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” əməliyyatının ilksaatlarından cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı.44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli getdi, hər gün yenikəndlər, qəsəbələr, yüksəkliklər azad edildi. Azərbaycan əsgəri,zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixiədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzindədüşmən ordusunu məhv edərək ərazi bütövlüyümüzü bərpa etdi. SilahlıQüvvələrimizin sentyabrın 27-də Qarabağda başladığı uğurluəks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbəvə 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonunMincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonununHadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlışəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri,Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağistiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isəBartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsızyüksəklik azad olundu. Noyabrın 9-dan 10-na keçən gecə üçtərəfliBəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. HəminBəyanata uyğun olaraq, işğalçı Ermənistan noyabrın 20-də Ağdam,25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycanatəhvil verdi.

Vüqar Rəhimzadə vurğulayıb ki, Qarabağ Zəfərinin zirvəsində Şuşaəməliyyatı dayanır. Müzəffər Ali Baş Komandan, Prezident İlhamƏliyev 2020-ci ilin 8 Noyabr tarixində Qarabağın tacı Şuşanınişğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqaçatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxthiss etdiyini bildirdi. Prezident İlham Əliyev 44 günlük İkinciQarabağ müharibəsinin gedişi dövründə xarici mətbuata çoxsaylımüsahibələrində bu məqamı xüsusi qeyd edirdi ki, Şuşasız bizimişimiz yarımçıq olar.

Millət vəkili bildirib ki, XXI əsrin müharibəsini aparanAzərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişafetmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. ABŞ HərbiAkademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbiəməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Aparıcı Qərbmətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin vəSeton Hall Universitetinin Diplomatiya və Beynəlxalq MünasibətlərMəktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbitaktikası öyrənilərkən belə qənaətə gəlinib ki, bu ordununqarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heçbir şansı olmayacaqdı.

Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində yalnız döyüşmeydanında deyil, informasiya cəbhəsində də üstünlüyünü qorudu.Dövlət başçısı İlham Əliyevin 30-dan artıq xarici mətbuatamüsahibələrinin hər biri Azərbaycanın diplomatik uğurudur.Müsahibələr mediamızın fəaliyyətinə istiqamət verdi. Müzəffər AliBaş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeniüslub, yeni model nitq strategiyası hesab edilə bilər.Müsahibələrini real mübarizə üsuluna çevirən Prezident İlham Əliyevinformasiya müharibəsində də qalib oldu. Onun bu müsahibələrvasitəsilə dünyaya səsləndirdiyi çağırışlar keçmiş münaqişə iləbağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq oldu.

Vüqar Rəhimzadə onu da qeyd edib ki, “Dəmir yumruq” əməliyyatımilli birliyin və gücün rəmzidir. Dünyanın müxtəlif ölkələrindəyaşayan azərbaycanlılar erməni lobbisinin çirkin kampaniyalarınaqarşı fədakarlıqla mübarizə apardılar. Ön və arxa cəbhədə sarsılmazbirlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq”kimi səciyyələndirilir. Vətən müharibəsi ərəfəsində, müharibəzamanı və sonrakı dövrdə siyasi partiyaların Ali Baş Komandan,dövlət başçısı İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat vəmüraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikirayrılığının olmadığını da nümayiş etdirdi. Azərbaycan xalqınıntarixinə əbədi olaraq yazılmış Qələbə münasibətilə ölkəsiyasilərinin birgə bəyanatında AXCP, Müsavat Partiyası və qondarma“Milli Şura”nın iştirak etməməsi bir daha onların antimillixislətini ifşa etdi. Siyasi partiyaların rəhbərləri öz birgəbəyanatlarında Ermənistanın işğalçı siyasətini şiddətlə qınadılar,həmçinin mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktınıninsanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlartərəfindən qiymətləndirilməsini tələb etdi.

Milli Məclisin deputatı bu məqamı da xüsusi qeyd edib ki, 44günlük Vətən müharibəsi həqiqət anı kimi də dəyərləndirilir. Kiminhaqqın, kimin isə təcavüzkarın yanında olduğu bir daha təsdiqləndi.Azərbaycan 30 illik işğal dövründə dünya güclərinin ikilistandartlara əsaslanan siyasətini daim öz üzərində yaşamışdı.Ədalət və beynəlxalq hüquq məfhumları bəzi dünya güclərininmaraqlarının arxasında dayanaraq problemlərin daha dadərinləşməsinə, Ermənistanın yeni ərazilər üzrə müharibə planlarınagətirib çıxardı. Bu yanaşmalar Vətən müharibəsində bir daha özününümayiş etdirdi. Müharibənin ilk günündən Azərbaycanın yanında olanTürkiyə və Pakistanın mənəvi, siyasi dəstəyi daim dövlətimiz,xalqımız tərəfindən yüksək dəyərləndirilir. İkinci Qarabağmüharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanınmüharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onunyanındadır” bəyanatı Azərbaycana əlavə güc verdi. TarixiZəfərimizdən sonra, 2021-ci ilin 15 iyun tarixində ŞuşaBəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmənmüttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə -siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrininhəyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğuistiqamətində göstərir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyikimi, nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa,bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaq.

Vüqar Rəhimzadə tarixi Zəfərimizin reallıqları əsasında hazırdaazad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuqişlərindən geniş bəhs edib. Azad edilmiş ərazilərə səfərləri iləPrezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı,həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmindəolduğunu əyani nümayiş etdirmişdir. Tarixi Zəfərimizinəbədiləşdirilməsinə xidmət edən mühüm addımların tərkib hissəsiolaraq bu torpaqlarda İşğal və Zəfər muzeyləri inşa edilir.İnfrastruktur layihələrinin icrasına xüsusi diqqət göstərilir. Yeniyollar - avtomobil, dəmir yolları tikilir. Beynəlxalq Havalimanları inşa edilərək artıq istifadəyə verilib. Qarabağ və ŞərqiZəngəzur Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanlarıvasitəsilə hava qapılarını dünyaya açdı. İnsanların bu torpaqlardarahat yaşayışını təmin etmək üşün bütün zəruri addımlar reallığaçevrilir. Prezident İlham Əliyev 16 noyabr 2022-ci il tarixində“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə BöyükQayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”Sərəncam imzaladı. Tarixi Zəfərimizdən ötən müddət ərzində işğaldanazad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdantəmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturununqurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiyaxətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılmasıistiqamətində mühüm işlər görülüb.

Statistik rəqəmlərə diqqət yetirək. Azad olunmuş ərazilərinbərpası üçün 2025-ci il də daxil olmaqla 21.6 mlrd. manat vəsaitayrılıb. Azad olunmuş ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb, əhalininyaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunub. Hazırda27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinintəmir-bərpası həyata keçirilir. 21 yaşayış məntəqəsinin isə təməliqoyulub. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışındavamlılığının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin2025-ci il 30 may tarixində imzaladığı Sərəncamla “AzərbaycanRespublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışadair II Dövlət Proqramı” layihəsi hazırlanır. Hazırda Qarabağ vəŞərqi Zəngəzurda bura köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı,bu bölgədə reallaşdırılan layihələrin icrasında çalışan, ayrı-ayrıdövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinəyetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət,turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsilalan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insanyaşayır.

Vüqar Rəhimzadə tarixi Zəfərimizin davamı olaraq 2023-cü il19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun Müzəffər Ali BaşKomandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyibir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tambərpasından, regionda dayanıqlı sülhün təmin edilməsi üçünAzərbaycanın atdığı konstruktiv addımlardan da bəhs edib. Bildiribki, bütün bunlar tarixi Zəfərimizin reallıqlarıdır. Azərbaycanxalqı əmindir ki, bu zəfərlər davamlı olacaq. Azərbaycan tarixiədalətə söykənərək hər bir hədəfə yüksək səviyyədə nail olacaq.Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidentiMehriban Əliyevanın birgə səyləri nəticəsində Azərbaycan yeni-yeniuğur zirvələrini fəth edəcək.

Məqalədə:
Chosen
14
3
az.trend.az

4Sources