EN

Pedaqoji Universitetin magistrantları ümumtəhsil məktəbində strateji idarəetmə fəaliyyəti ilə tanış olublar

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) təhsilin təşkili və idarə edilməsi (MBA) ixtisaslaşmasının II tədris ili magistrantları təhsil müəssisələrində strateji idarəetmə fəaliyyəti ilə tanışlıq məqsədilə Bakı şəhəri Məmməd Rahim adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində olublar.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, məktəbin direktoru Könül Təhməzova təhsil müəssisəsinin ümumi fəaliyyəti, əldə etdiyi uğurlar, şagirdlərin qrant layihələrində qazandıqları nailiyyətlər, həmçinin son illərdə həyata keçirilən yeniliklər barədə ətraflı məlumat verib. O, məktəbin inkişafında müəllim və şagird kollektivinin birgə səylərinin önəmini vurğulayıb.

Görüşdə ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov təhsilin idarə edilməsinin əsas prinsipləri, müasir idarəetmə modellərinin təhsildə tətbiqi və innovativ yanaşmaların əhəmiyyətindən bəhs edib. Prorektor təhsil müəssisələrində effektiv idarəetmənin təlim-tərbiyə prosesinin keyfiyyətinə birbaşa təsir göstərdiyini qeyd edib.

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Oksana Əliyeva təlim-tərbiyə prosesinin təşkili, şagirdlərlə aparılan maarifləndirici işlər və məktəbdə mövcud pedaqoji mühit barədə məlumat verib.

Görüş zamanı məktəbdə yaranan müxtəlif situasiyalar və idarəetmə halları müzakirə olunub, magistrantlar bu situasiyaların həlli yolları, tətbiq olunan idarəetmə üsulları və qarşıya çıxan problemlərin öyrənilməsi istiqamətində suallarını ünvanlayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
39
azertag.az

1Sources