EN

Vətəndaşlar bərbərxana, gözəllik və kosmetoloji xidmətlərə görə ödədikləri ƏDV-nin bir hissəsini geri ala biləcəklər

Azərbaycan vətəndaşları bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlərdəki xidmətlərə görə ödədikləri ƏDV-nin bir hissəsini geri ala bilər.

Bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilməsi planlaşdırılır. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan dəyişikliyə əsasən, fiziki şəxs olan istehlakçılara bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlərin göstərdiyi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

İş elanları AzVak.az-da

ƏDV geri qaytarılması ƏDV qaytarmaq bərbərxana xidmətləri gözəllik salonları kosmetoloji mərkəzlər xidmətlərə görə ƏDV Vergi Məcəlləsi dəyişiklikləri 2026 büdcə zərfi Azərbaycan büdcə layihəsi vətəndaşlara ƏDV qaytarılması vergi islahatları İqtisadi siyasət komitəsi sahibkarlıq dəstəyi xidmət sektoru kosmetoloji xidmətlər dövlət dəstəyi iqtisadi islahatlar 2026 fiziki şəxslərə ƏDV qaytarılması AzVak.az iş elanları AzVak
Chosen
24
35
marja.az

10Sources