EN

Hollivud ulduzlarının qəribə vərdişləri: Kimi duş qəbul etmir, kimi tualetdə suyu çəkmir...

Bəzi Hollivud ulduzlarının şəxsi gigiyena ilə bağlı elə vərdişləri var ki, bu, həm pərəstişkarlarını, həm də həmkarlarını təəccübləndirir.

HİT.az xəbər verir ki, milyonlarla insan üçün nümunə sayılan məşhur aktyor və aktrisalar haqqında bəzən gözlənilməz faktlar üzə çıxır. Onlardan bəziləri gigiyenaya qeyri-adi yanaşmaları ilə gündəmə gəlib.

Meqan Foksun psixoloji problemi və qəribə davranışı

2023-cü ildə aktrisa Meqan Foks bədən dismorfiyası adlı nadir psixoloji pozğunluqdan əziyyət çəkdiyini açıqlayıb. Bu xəstəlik insanın öz bədənini real görkəmdə qəbul etməsinə mane olur və daimi narazılıq hissi yaradır. Müalicə üçün dərman və terapiya tələb olunur.

Eyni zamanda sosial mediada Meqan Foksun tualetdən sonra su çəkmədiyi barədə şayiələr yayılıb. Bu iddialar 2007-ci ildə aktrisanın öz etirafına əsaslanır. "BuzzFeed" nəşrinin yazdığına görə, o, təmizliyə çox da diqqət etmədiyini, paltarlarını səpələdiyini və bəzən tualetdə su çəkməyi unutduğunu demişdi — hətta qonaq getdiyi evlərdə belə.

Bred Pitt və “duş yarışları”

2024-cü ildə aktyor Ceyson Pristli 1990-cı illərdə Bred Pittlə eyni otaqda qaldığı dövrü xatırladaraq bildirib ki, onlar arasında “kim daha uzun müddət duş qəbul etmədən qalacaq” yarışları olurmuş və qalib adətən Pitt olurdu.

Aktyorun digər həmkarı, rejissor Elay Rot isə Pittin çəkiliş meydançasında su prosedurlarından qaçmaq üçün verdiyi məsləhəti açıqlayıb. Onun sözlərinə görə, aktyor bədənini təmizləmək üçün sadəcə uşaq salfetlərindən istifadə edir və bu üsulun kifayət etdiyini düşünür.

Mettyu MakKonahe və dezodorant məsələsi

Mettyu MakKonahe haqqında “duş qəbul etmir” iddiaları isə yanlış anlaşılmadan qaynaqlanır. Aktyor dəfələrlə bildirib ki, gündə bir neçə dəfə yuyunur və şəxsi gigiyenaya çox ciddi yanaşır.

Lakin o, onilliklərdir dezodorantdan istifadə etmir. "BuzzFeed" yazır ki, MakKonahe 2005-ci ildə “dünyanın ən cəlbedici kişisi” seçilərkən bədənə qulluq üçün yalnız öz hazırladığı təbii qarışıqlardan istifadə etdiyini bildirmişdi.

2021-ci ildə onun “Tropik fırtına” filmindəki həmkarı İvett Nikoul Braun aktyorla birgə çəkilişlərdən danışaraq deyib: “O, dezodorant işlətmədiyini dedi, mən isə yaxınlaşıb qoxuladım — çox xoş, şirin bir qoxusu var idi".

Samir
 

Chosen
23
hit.az

1Sources