EN

Airbus İndoneziyaya ilk A400M hərbi-nəqliyyat təyyarəsini verib

Airbus Defence and Space şirkəti ilk A400M hərbi-nəqliyyat təyyarəsini İndoneziya Müdafiə Nazirliyinə təhvil verib.

Herbiand.az bildirir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Mərasim Cakartadakı Halim aviaazasında baş tutub. Bundan əvvəl isə təyyarə İspaniyanın Sevilya şəhərindəki Airbus zavodunda İndoneziyaya rəsmi olaraq təhvil verilib.

2021-ci ildə imzalanan müqaviləyə əsasən, İndoneziya 2 ədəd A400M təyyarəsi sifariş edib. İkinci təyyarənin 2026-cı ildə təhvil verilməsi planlaşdırılır.

Airbus həmçinin, İndoneziya Hərbi Hava Qüvvələrinə təyyarənin xidmətə qəbulunu asanlaşdırmaq üçün hərtərəfli təlim və texniki dəstək proqramı təqdim edəcək.

Təyyarə yük və qoşunların daşınması, tibbi təxliyə və humanitar missiyalar üçün uyğunlaşdırılıb. A400M-in maksimum faydalı yük daşıma qabiliyyəti 37 tondur, o cümlədən vertolyotlar, avadanlıqlar və humanitar ləvazimatların daşınması da mümkündür.

A400M həmçinin, qısa və asfaltlanmamış (qrunt yollar - red.) uçuş-enmə zolaqlarında qalxıb eniş edə bilər. Eyni zamanda, uçuş zamanı yanacaq doldurma platforması kimi də xidmət edə bilər.

Bəxtiyar CƏFƏRLİ

Chosen
109
herbiand.az

1Sources