EN

Əfqanıstan və Pakistan Türkiyədə atəşkəs danışıqlarını bərpa edir

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Əfqanıstan və Pakistan nümayəndə heyətləri cümə axşamı Türkiyədə atəşkəs danışıqlarını bərpa etməyə hazırlaşır. 9 oktyabrda Kabildə baş verən partlayışlardan sonra başlayan qarşıdurmalar nəticəsində 70-dən çox insan həlak olub, yüzlərlə nəfər yaralanıb.

İki ölkə 19 oktyabrda Türkiyə və Qətərin vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəlib. Danışıqlarda “monitorinq və yoxlama mexanizmi”nin yaradılması nəzərdə tutulur.

Lakin tərəflər arasında inamsızlıq davam edir. Pakistan Kabili silahlı qruplara sığınacaq verməkdə ittiham edir, Taliban isə bu iddiaları rədd edərək Pakistantı Əfqanıstanın suverenliyini pozmaqda günahlandırır.

Gərginlik səbəbindən iki ölkə arasındakı sərhədin bağlı qalması hər iki tərəfin ticarətinə ciddi zərər vurub.

Günay

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
39
icma.az

1Sources