EN

Azərbaycan derbisinə doğru: Baş məşqçilər

"Qarabağ" və "Neftçi" komandaları arasında indiyədək keçirilmiş Azərbaycan derbilərində 33 baş məşqçi olub.

Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Belə qarşılaşmalarda ilk baş məşqçilər Əhməd Ələsgərov ("Neftçi") və Nazim Mehrəliyev ("Qarabağ") olublar.

Paytaxt təmsilçisi Ağdam klubu ilə matçlara 26 baş məşqçi ilə, "köhlən atlar" isə "ağ-qaralar"la oyunlara 11 baş məşqçi ilə çıxıb.

Dörd baş məşqçi derbidə hər iki komandaya rəhbərlik edib. Bunlar Qurban Qurbanov, Elxan Abdullayev, Ağasəlim Mircavadov və Böyükağa Ağayevdir.

Qurban Qurbanov hamıdan çox – 67 derbidə baş məşqçi olub. Keçmiş hücumçu "Qarabağ"la hamıdan çox – 65 derbiyə çıxıb.

Kazbek Tuayev "Neftçi"ni hamıdan çox – 11 derbiyə çıxarıb. İki baş məşqçi – Qurban Qurbanovla Ağasəlim Mircavadov hər iki komanda ilə derbi qələbəsi qazanıb.

Qurban Qurbanov derbilərdə hamıdan çox - 38 qələbəyə sevinib.

Qurban Qurbanov "Qarabağ"la hamıdan çox – 37 qələbə qazanıb.

Kazbek Tuayev və Böyükağa Hacıyev "Neftçi" ilə hamıdan çox – 4 qələbə qazanıb.

Derbidə ən çox rəqib olan baş məşqçilər Qurban Qurbanovla Arif Əsədov, həmçinin Qurban Qurbanovla Böyükağa Hacıyev arasında 10 duel baş tutub.

Qurban Qurbanovla Samir Abasovun qarşıdakı dueli də derbilərdə 10-cu olacaq. Bununla da rekord yenidən təkrarlanacaq.

Qurban Qurbanovla Samir Abasovun baş məşqçisi olduğu komandalar bütün klublar və turnirlər nəzərə alınmaqla 40 dəfə qarşılaşıb. Bu oyunların 34-ü çempionat, 6-sı kuboka təsadüf edib.

Qurban Qurbanovla Böyükağa Ağayev derbilərdə fərqli komandalarla üz-üzə gələn yeganə cütlükdür. 2006/2007 mövsümündə Qurbanov "Neftçi"də, Ağayev "Qarabağ"da çalışıb. 2008/2009 mövsümündə isə Ağayev "Neftçi"də, Qurbanov "Qarabağ"da olub. İlk görüş 0:0 bitibsə, ikincidə Ağdam klubu qalib gəlib – 1:0.

VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan milliləri növbəti matçlarını keçirəcəklər

Azərbaycan UEFA reytinqində Serbiyaya yaxınlaşıb

Tahir Gözəl: “Qarabağ” bütün dünyaya Azərbaycan xalqının cəsarətini göstərir”

I Liqa: “Səbail” evdə, “Şəfa” səfərdə qələbə qazanıb

“Sabah” Gənclər Liqasında MÜBARİZƏNİ DAYANDIRDI

Chosen
17
6
apasport.az

7Sources