EN

AFFA 4 klubu cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Fanat.Az xəbər verir ki, Premyer Liqanın 10-cu turundakı qayda pozuntularını müzakirə edən qurum bununla bağlı ölçü götürüb. 

Komitə hamıdan çox "Neftçi"ni cərimələyib. Buna “Kəpəz”lə oyunun 75-ci dəqiqəsində meydana kənar şəxsin daxil olması şərait yaradıb. "Ağ-qaralar" bu səbəbdən 2500 manat ziyana düşüb. 
"Neftçi"nin son turdakı rəqibi “Kəpəz” isə 5 futbolçunun sarı vərəqə almasına görə 700 manat cərimə edilib. 

“Turan Tovuz” – “Şamaxı” və “Sumqayıt” – “Araz-Naxçıvan” oyunlarında isə meydan sahibləri Gəncə təmsilçisinin aqibətini yaşayıblar və buna görə hər biri 700 "tərləyib". 

Chosen
45
fanat.az

1Sources