EN

Gələn il Dövlət Sosial Müdafiə Fondunun gəlirləri artacaq

BAKI, 6 noyabr. TELEQRAF

"Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üçün gəlirləri 8 milyard 323 milyon manat nəzərdə tutulur ki, bu da 2025-ci ilin proqnoz gəlirlərindən 705,7 milyon manat və ya 9,3% çoxdur".

Teleqraf xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisdə 2026-cı ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

O bildirib ki, Fondun 2026-cı il üçün gəlirlərinin 79,2% və ya 6,6 milyard manatının (2,1 mlrd manat büdcə təşkilatları, 4,5 mlrd manat qeyri-büdcə təşkilatları) MDSS daxilolmaları üzrə formalaşacağı proqnozlaşdırılır:

“Bu isə cari ilin müvafiq göstəricisindən 593,7 milyon manat və ya 10% çoxdur (73,4 mln manatmanat büdcə təşkilatları, 520,3 mln manat qeyri-büdcə təşkilatları).

2026-cı ildə Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 700 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da 2025-ci il üzrə təsdiqlənmiş məbləğindən 100 milyon manat və ya 6,3% çoxdur”, - nazir qeyd edib.

Chosen
50
teleqraf.com

1Sources