EN

Bu iddia Emin Əmrullayevin sonunu gətirə bilər – Mehdiyevin adamına 1 milyon manat?

Elm və Təhsil Nazirliyinin Ramiz Mehdiyevlə şübhəli maliyyə əlaqələri ilə bağlı iddialar yayılıb.
Ulusal.az  xəbər verir ki, bu barədə sabiq deputat Etibar Əliyev özünün sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, nazirlik  “Savad” Məhdud Məsuliyyətli Cəmiyyətə ildə təxminən 1 milyon manatdan çox vəsait ayırır və bu təşkilatın rəhbəri Məhəbbət Vəliyeva Ramiz Mehdiyevin ən yaxın adamlarından biridir.
Sitatı təqdim edirik: “Mehriban Vəliyeva həm də Mehdiyevin oğlu Teymur Mehdiyevin sahibi olduğu “Şərq – Qərb” nəşriryyatına iri məbləğdə pulların verilməsinə vasitəçilik edir və faktiki olaraq bu nəşriyyatın şəriklərindən biridir.  Təhsil nazirliyi 2022-2023-cü tədris ilinə təhsil müəssisələrində kargüzarlığın aparılması üçün məktəb sənədləri blanklarının istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair elan etdiyi açıq tenderdə “Şərq-Qərb” ASC qalib elan edib. Ramiz Mehdiyevin şirkətinə 36 milyon 108,1 min manat vəsait ödəyib. 2024-cü ildə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Şərq-Qərb”lə 2 milyon 535 min 277 manat dəyərində müqavilə imzalayıb. Müqavilənin şərtlərinə görə “Şərq-Qərb” ASC nazirliyin sifarişi əsasında 7-9-cü siniflər üzrə böyük ölçülü hazırlayacaq”.
Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayevdir və ittihamlarla bağlı nə nazir, nə də sözügedən nazirlik açıqlama verib
Chosen
32
moderator.az

1Sources