EN

Tbilisidə azərbaycanlı gənclərin döyülməsi ilə bağlı daha 4 nəfər saxlanılıb

Tbilisidə supermarket əməkdaşı olan iki azərbaycanlı gəncə qarşı qrup halında zorakılıq törətməkdə ittiham olunan daha dörd nəfər saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, saxlanılan şəxslərin birindən qanunsuz saxlanıldığı ehtimal edilən 2 avtomat silah və 110 patron maddi sübut kimi müsadirə olunub.

Cinayət əməlini törətmiş daha bir şəxsin yerinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində müvafiq istintaq tədbirləri davam etdirilir.

Chosen
43
4
apa.az

7Sources