Tbilisidə supermarket əməkdaşı olan iki azərbaycanlı gəncə qarşı qrup halında zorakılıq törətməkdə ittiham olunan daha dörd nəfər saxlanılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata əsasən, saxlanılan şəxslərin birindən qanunsuz saxlanıldığı ehtimal edilən 2 avtomat silah və 110 patron maddi sübut kimi müsadirə olunub.
Cinayət əməlini törətmiş daha bir şəxsin yerinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində müvafiq istintaq tədbirləri davam etdirilir.