EN

“2026 cı ildə sosial müdafiə proqramlarının maliyyələşdirilməsi daha da gücləndiriləcək” Anar Əliyev

Sia Az saytına istinadən ain.az xəbər verir.

“2026-cı il üçün sosial müdafiə xərcləri 4 milyard 532 milyon manat səviyyəsində müəyyən olunub və bu, əvvəlki illə müqayisədə əlavə olaraq 212 milyon manatlıq artım deməkdir. Sosial yönümlü siyasətin davamı olaraq ayrılan vəsaitin böyük əksəriyyəti birbaşa əhalinin sosial təminatına yönəldilir”. SİA xəbər verir ki, bunu Milli Məclisdə keçirilən komitə iclasında Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.

Nazirin sözlərinə görə, sosial müdafiə sahəsinə ayrılan vəsaitin 98 faizdən çoxu vətəndaşların sosial ödənişlərinin təmin edilməsinə sərf olunacaq. Bunun içində mağdurluq və kompensasiya ödənişlərinin xüsusi çəkisi nəzərə çarpır və bu istiqamət üzrə maliyyələşdirmə əvvəlki illə müqayisədə ciddi şəkildə artırılıb. Sosial yardımların icrası, məşğulluq mexanizmlərinin dəstəklənməsi, aztəminatlı ailələrin müdafiəsi və məcburi köçkünlərin sosial təminatı üçün də məqsədyönlü vəsait ayrıldığı qeyd edilib.

Anar Əliyev bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üzrə gəlirləri də artım dinamikası ilə formalaşır. Fondun gəlirlərinin əksər hissəsini məcburi sosial sığorta üzrə daxilolmalar təşkil edir ki, bu da həm iqtisadi fəallığın, həm də əmək münasibətlərində şəffaflığın artmasının göstəricisidir. Nazir vurğulayıb ki, sosial proqramların maliyyə dayanıqlığının təmin olunması üçün Fondun ehtiyatları da əvvəlki illərlə müqayisədə daha güclü səviyyədədir.

Onun sözlərinə görə, son illər sosial proqramların həcmi genişlənib, xüsusilə pensiya təminatı, sosial müavinətlərin artırılması, əlilliyi olan şəxslərə verilən dəstəyin gücləndirilməsi və həssas qrupların sosial müdafiəsi istiqamətində xərclər nəzərəçarpacaq dərəcədə çoxalıb. Nazir bunu dövlətin sosial siyasətinin davamlı xarakter daşımasının bariz nümunəsi kimi dəyərləndirib: “Əsas məqsədimiz sosial müdafiə sisteminin dayanıqlığını təmin etmək, əhalinin həssas təbəqələrinin rifahını yüksəltmək və sosial proqramların davamlı icrasını təmin etməkdir”.

Anar Əliyev bildirib ki, növbəti ildə də sosial dövlət modelinin gücləndirilməsi əsas prioritetlərdən biri olaraq qalacaq və mövcud proqramlar daha da təkmilləşdiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
1
sia.az

2Sources