EN

“Bu, bölgələrin investisiya cəlbediciliyini gücləndirəcək”

“Naxçıvan MR-in sosial-iqtisadi inkişaf proqramı çərçivəsində vergi və sosial sığorta güzəştlərinin tətbiqi, balıqçılıq və kənd təsərrüfatı sektoruna dövlət dəstəyinin genişləndirilməsi kimi tapşırıqlar nəzərə alınıb”.

Hökumət Naxçıvanı «TaxFree» zonaya çevirir – BÜTÜN VERGİLƏR LƏĞV EDİLDİ

FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.

DVX rəisi qeyd edib ki, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması istiqamətində regionların, xüsusilə Naxçıvan MR və işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafına diqqət yetirilib:

“Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən, lakin mərkəzləşdirilmiş qaydada uçota alınan iri vergi ödəyicilərinin həmin ərazilərin rezidenti kimi tanınması və güzəştlərdən yararlanması bu bölgələrin investisiya cəlbediciliyini, ixrac potensialını və infrastruktur inkişafını daha da gücləndirəcək”.

DVX rəisi avtomobil sənayesi üzrə yük və minik avtomobilləri üçün ƏDV güzəştlərinin verilməsini, kənd təsərrüfatı gübrələri və dövlət-özəl tərəfdaşlığı layihələrində ƏDV güzəştlərinin tətbiqi məsələsinə də toxunub:

“Bu istiqamətdə nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə nağdsız ödəmələrə münasibətdə ƏDV qeydiyyat limitinin 2 dəfə artırılması, “ƏDV geri al” mexanizminin tətbiqinin genişləndirilməsi, fiziki şəxslərin kirayə gəlirləri üzrə vergi dərəcələrinin endirilməsi, “üfüqi monitorinq” nəzarət sisteminin tətbiqi, qanunsuz sahibkarlıqla mübarizənin gücləndirilməsi və vergi uçotunun şəffaflığının artırılması kimi tədbirləri əhatə edir”.

O həmçinin əlavə edib ki, dəyişikliklər nəticəsində dövlət büdcəsinə əlavə 623 milyon manat vəsaitin daxil olması proqnozlaşdırılır:

“Digər dəyişikliklər isə daha çox uzunmüddətli perspektivdə öz təsirini göstərəcək. Xaricdən əldə edilən divident gəlirləri üzrə vergi dərəcəsinin azaldılması xaricdə yerləşən maliyyə vəsaitlərinin və investisiyaların Azərbaycana repatriasiyasını və gəlirlərin könüllü bəyan edilməsini təşviq edəcək. Dövlət-özəl tərəfdaşlığı layihələri, avtomobil istehsalı, gəmiqayırma, balıqçılıq, kənd təsərrüfatı və ictimai iaşə sahələrində tətbiq olunan vergi güzəştləri həmin sahələrdə əlavə dəyərin və istehsal həcmlərinin artmasına səbəb olacaq. Həmçinin bərbər və gözəllik sahəsində xidmətlər üzrə “ƏDV geri al” mexanizminin tətbiqi bu fəaliyyət sahələrinin şəffaflaşmasına mühüm töhfə verəcək”.

Chosen
17
fed.az

1Sources