EN

Azərbaycanlı gənclərin döyülməsi hadisəsi üzrə daha 4 nəfər tutuldu

Tbilisidə supermarket əməkdaşı olan iki azərbaycanlı gəncə qarşı qrup halında zorakılıq törətməkdə ittiham olunan daha dörd nəfər saxlanılıb.

News365.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, saxlanılan şəxslərin birindən qanunsuz saxlanıldığı ehtimal edilən 2 avtomat silah və 110 patron maddi sübut kimi müsadirə olunub.

Cinayət əməlini törətmiş daha bir şəxsin yerinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində müvafiq istintaq tədbirləri davam etdirilir.

Chosen
15
1
news365.az

7Sources