“Bu gün Rusiya-Azərbaycan-Gürcüstan-Ermənistan marşrutu ilə ilk taxıl qatarı Ermənistana daxil olur”.
Publika.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
O qeyd edib ki, bu hadisə Vaşinqtonda əldə olunmuş razılaşmalar və Vaşinqton Bəyannaməsinin müddəalarının həyata keçirilməsi baxımından mühüm mərhələdir.
“Bir daha təsdiqləyirəm: Ermənistan artıq bu gün və ya sabahdan etibarən Marqara-Kornidzor istiqamətində, eləcə də əks istiqamətdə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana yükdaşımaları təmin etməyə hazırdır”