EN

Kirayəhaqları üzrə gəlir vergisi 10% ə endirilir

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Fiziki şəxslər üçün kirayəhaqları üzrə gəlir vergisi 14%-dən 10%-ə endirilir. Artıq kirayə bazarlarında 2 istiqamətdə tədbir nəzərdə tutulub”.

“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat Rəhimov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.

“Vətəndaşların özü vergi uçotuna düşmək istəmir. Ancaq kirayə gəlirlərindən vergi vermək istəyirlər. Qanunda şərait yaratdılar ki, özləri agent təyin etsinlər və öz vergilərini bu agentlər vasitəsilə yerinə yetirsinlər. İkinci addım isə məhz dərəcənin azaldırması idi. Yəni vergi dərəcələri 14%-dən 10%-ə endirilir. Təklif kirayə bazarının stimullaşdırılmasına xidmət edir”, - Nicat Rəhimov bildirib.

Nuranə Daxilqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
41
qafqazinfo.az

1Sources