EN

Müğənni qəzaya düşdü: “5 min manat ziyan dəyib“

Müğənni Mənzurə Musayeva keçirdiyi avtomobil qəzasından danışıb.

XəzərNews.az xəbər verir ki, O, Qaynarinfo-ya açıqlamasında bildirib ki, avtomobilinə 5 min manatdan çox ziyan dəyib:

"Axşam maşını vurdum, bir tərəfi yoxdur, əzilib. Günah digər sürücüdə oldu, yoluma keçdi. Avtomobilim sığortalıdır. Dəyən ziyanı sığorta şirkəti hesablayacaq".

Mənzurə Musayeva səhhəti ilə bağlı hər şeyin yaxşı olduğunu bildirib:

"Gələn maşına gəlsin, özümə bir şey olmasın. Mal-mülk yerinə gələcək".

Xatırladaq ki, müğənni Mənzurə Musayeva ötən gecə avtomobil qəzası keçirib.

Xəbər 4 dəfə oxunub.
Chosen
41
1
xezernews.az

2Sources