AZ

Müğənni qəzaya düşdü: "5 min manat ziyan dəyib"

Müğənni Mənzurə Musayeva keçirdiyi avtomobil qəzasından danışıb. O, Qaynarinfo-ya açıqlamasında bildirib ki, avtomobilinə 5 min manatdan çox ziyan dəyib:

 

"Axşam maşını vurdum, bir tərəfi yoxdur, əzilib. Günah digər sürücüdə oldu, yoluma keçdi. Avtomobilim sığortalıdır. Dəyən ziyanı sığorta şirkəti hesablayacaq".

 

Mənzurə Musayeva səhhəti ilə bağlı hər şeyin yaxşı olduğunu bildirib:

 

"Gələn maşına gəlsin, özümə bir şey olmasın. Mal-mülk yerinə gələcək".

 

Xatırladaq ki, müğənni Mənzurə Musayeva ötən gecə avtomobil qəzası keçirib.

Tarix: 6 Noyabr 2025, 13:08   
Seçilən
5
1
pravda.az

2Mənbələr