EN

Paşinyan Bakı və Ankaraya yol açmağa HAZIRDIR

ain.az, Modern.az saytına istinadən bildirir.

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycan və Türkiyə arasında tranzit daşımaları təmin etməyə hazır olduğunu bəyan edib.

Modern.az xəbər verir ki, Paşinyan bu barədə hökumətin noyabrın 6-da keçirilən iclasında danışıb.

O bildirib ki, Ermənistan bu gündən etibarən Marqara–Kornidzor marşrutu ilə Azərbaycan və Türkiyə arasında yüklərin keçidini təmin etməyə hazırdır:

“Əgər bu gün həm Marqaradan, həm də Kornidzor istiqamətindən yük maşınları sərhədə yaxınlaşsa, biz onların keçidini təmin etməyə tam hazırıq”, – deyə Paşinyan vurğulayıb.

Baş nazir əlavə edib ki, ötən gecə Rusiya ərazisindən, Azərbaycanın üzərindən keçməklə Ermənistana ilk buğda partiyası gətirilib və bu, “əhəmiyyətli və tarixi hadisə” kimi qiymətləndirilir. Hazırda Qazaxıstandan da Azərbaycanın ərazisindən keçməklə yeni buğda tədarükü gözlənilir.

Paşinyan qeyd edib ki, bu hadisə Vaşinqtonda əldə olunan razılaşmaların və “Vaşinqton bəyannaməsi”nin müddəalarının reallaşdırılması baxımından mühüm mərhələdir.

Xatırladaq ki, Prezident İlham Əliyevin oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etdiyi kimi, Azərbaycan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətləri aradan qaldırıb.

Artıq Azərbaycandan tranzit keçməklə yüklər Ermənistana göndərilir. Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə 1048 ton 800 kq taxıl yüklü 15 vaqon ötən gün Böyük Kəsik stansiyasından Ermənistana yola salınıb.

Həmçinin Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına başlanılıb. Qazaxıstandan göndərilən min tona yaxın taxıl yüklü 15 vaqon noyabrın 5-də Azərbaycana daxil olub və bu gün yola salnıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
4
modern.az

5Sources