EN

Bu ölkədə fövqəladə vəziyyət ELAN OLUNDU

Filippin prezidenti Ferdinand Markos Jr. ölkənin mərkəzi bölgələrini vuraraq dağıntılara səbəb olan “Kalmaegi” qasırğası ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

News365.az xəbər verir ki, bu barədə məlumatı Euronews yayıb. Qasırğanın yaratdığı təhlükənin davam etməsi səbəbindən dövlət qurumları və xilasedici xidmətlər yüksək hazırlıq vəziyyətinə gətirilib.

Meteoroloqlar xəbərdarlıq edirlər ki, Sakit okean üzərində daha bir tropik siklon formalaşır və yaxın günlərdə super tayfuna çevrilərək Filippinə çata bilər. Hazırkı siklon isə noyabrın 5-də Filippin ərazisini tərk edərək Cənubi Çin dənizi istiqamətində hərəkət edib və Vyetnama doğru yaxınlaşdıqca sürətinin artacağı proqnozlaşdırılır.

"Kalmaegi" qasırğasının təsiri artıq hiss olunmaqdadır:

  • Vyetnam tərəfdə 50-dən artıq aviareys ləğv edilib,

  • Xanh Hoa əyalətinin yerli hakimiyyəti təhlükə səbəbi ilə 6–7 noyabr tarixlərində dərsləri dayandırıb.

Sinoptiklər bölgədə güclü yağış, külək və dalğalı dənizlərin olacağını bildirir. Xilasetmə xidmətləri ehtimal olunan fəsadlara hazır vəziyyətə gətirilib.

News365.az

Chosen
29
news365.az

1Sources