EN

GİN 8 qonağa 37 min pul xərcləyəcək

Tribuna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Gənclər və İdman Nazirliyi (GİN) daha bir tenderi yekunlaşdırıb.

Tribunainfo.az xəbər verir ki, Türkiyə-Azərbaycan mütəxəssis mübadiləsi proqramı ilə əlaqədar gələcək türk nümayəndənin səfəri üçün tələb olunan xidmətlər satın alacaq.

Məlumatda deyilir ki, bununla bağlı “RR TRAVEL COMPANY” MMC ilə satınalma müqaviləsi imzalanıb. Müqavilənin dəyəri isə 36 min 770 manat olacaq.

Satınalma saytında qeyd edilir ki, Türkiyədən gələcək qonaqların sayı 8 nəfər təşkil edəcək. Onları gediş-gəliş biletinin alınması, hotel xərclərinin çəkilməsi ilə yanaşı, Qız Qalası, Şirvanşahlar sayarı və digər muzeylərə aparacaqlar.

Fərda Uğur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
1
tribunainfo.az

2Sources